|
ARDNŞ-nin Türkiyəyə investisiya yatırmaq sahəsində ilk cəhdi uğursuzluqla
nəticələndi
ARDNŞ-nin Türkiyəyə investisiya yatırmaq sahəsində ilk cəhdi uğursuzluqla
nəticələndi
ARDNŞ-nin Türkiyənin ən böyük neft-kimya şirkəti olan «Petkim»in səhmdarı olmaq
cəhdi baş tutmayıb. Belə ki, iyulun 5-də şirkətin səhmlərinin 51 faizinin özəlləşdirilməsi
üzrə keçirilən investisiya müsabiqəsində “TransCentralAsia” neft-kimya holdinqi
qalib gəlib. Xatırladaq ki, ARDNŞ müsabiqəyə törəmə qurumu olan «Socar&Turcas»
şirkəti vasitəsilə qatılmışdı. 18 şirkətin qatıldığı müsabiqənin yekununda «Petkim»in
nəzarət səhm paketi 2,05 mlrd. ABŞ dollarına «TransCentralAsia Petrochemical Holding
Joint Venture Group, Ineos Holdings Ltd.» (Böyük Britaniya, Rankorn şəhəri) şirkətinə
satılıb. İddiaçıların sayı çox olduğuna görə, müsabiqənin gedişində «Petkim»in
hərraca çıxarılan səhmlərinin qiyməti az qala 3 dəfə artaraq 700 milyon dollardan
2 milyard dolları keçib. Eyni zamanda holdinqin bazar dəyəri də 4,019 mlrd. dollaradək
yüksəlib. Müsabiqənin sonunda Qazaxıstan şirkəti ilə mübarizədə tək qalmış «Socar&Turcas»
şirkəti isə təklifini yalnız 2,04 mlrd. dollaradək artıra bilib.
Qalib şirkətlə ARDNŞ-nin təkilf etdiyi qiymətlər arasındakı cüzi fərq (10 mln. dollar) tenderin nəticələrinin ədalətliliyini şübhə altına almaqla yanaşı, müxtəlif yozumların da meydana çıxmasına səbəb olub. Belə ki, aparılan araşdırmalar zamanı “Petkim”ə sahib olmaq üçün SOCAR&Turcas ilə son ana qədər mübarizə aparan və holdinq üçün 2 milyard 50 milyon dollar pul ödəyən “TransCentralAsia” neft-kimya holdinqinin sahibinin milliyyətcə yəhudi olduğu dəqiqləşib. Türkiyə mətbuatı hərracda “Petkim”i alan şəxsin Qazaxıstan vətəndaşı, Avrasiya Yəhudiləri Konfederasiyasının rəhbəri Aleksandr Maşkeviç olduğunu bildirir. Hazırda Qazaxıstan iqtisadiyyatının 25 faizini öz nəzarətində saxlayan Aleksandr Maşkeviçin adı “Forbes” jurnalının hazırladığı “Dünyanın ən zəngin adamları” siyahısında təmsil olunur. “Petkim”in alınmasına maliyyə yardımını isə “Rus Troika Bank” göstərib. Bu bankın sahibi milliyyətcə erməni olan Ruben Vardanyandır. “Ermənistan-2020” layihəsini maliyyələşdirən şəxslərdən biri olan Ruben Vardanyan dünyanın bütün ölkələrində yaşayan ermənilərin öz pullarını Ermənistan banklarına yatırması üçün təbliğat aparır. 2020-ci ildə Ermənistanı Cənubi Qafqazın ən güclü dövlətinə çevirmək niyyətini açıqlayan “Rus Troika Bank”ın sahibinin yəhudi əsilli Maşkeviçlə ARDNŞ-yə qarşı birgə oynaması diqqəti cəlb edir. APA agentliyinin məlumatına görə, “Petrol-İş” həmkarlar ittifaqı “Petkim”in satışına dair investisiya müsabiqəsinin nəticələrinin ləğv olunması ilə bağlı Türkiyə 13-cü İqtisad Məhkəməsində iddia qaldırıb. Həmkarlar ittifaqının rəhbəri Mustafa Öztaşkın satışın ictimaiyyətin xeyrinə olmadığını və özəlləşdirmə haqqında qanunun tələblərinin kobud surətdə pozulması ilə həyata keçirildiyini bildirib. O, investisiya müsabiqəsinin nəticələrinin ləğv olunması üçün hüquqi müstəvidə sonadək mübarizə aparacaqlarını deyib.
◄ 1 ... 10 11 12 ... 17 ► ₪
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:38:45
|